Modern.az

Bu universitetlərin qəbul planı TAM DOLUB

Bu universitetlərin qəbul planı TAM DOLUB

Təhsil

25 Avqust 2025, 17:11

Azərbaycanda bir sıra ali təhsil müəssisələrində qəbul planı tam dolub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin “Xəbərimiz var” verilişində açıqlama verib.

O, qəbul planı 100 faiz dolan ali məktəblərin adlarını da açıqlayıb. Həmin məktəblər bunlardır: Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi.

Region universitetlərinə gəlincə, Naxçıvan Dövlət Universitetində yerlərin 96,05 faizi, Mingəçevir Dövlət Universitetində 96,16 faizi, Lənkəran Dövlət Universitetində isə 94,88 faizi dolub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...