Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə 27.08.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Modern.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.