Rusiyada Vladimir şəhərinin meri Dmitri Naumov saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Naumov "qəbiristanlıq mafiyası" kimi tanınan, əvvəllər saxlanılan mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri ilə əlaqədə olmaqda şübhəli bilinir.
Mer avqustun 27-də saxlanılıb.
TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, şəhər rəhbəri səhər saatlarında iş yerində xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Naumov Vladimir şəhərinə 2022-ci ilin noyabrından rəhbərlik edirdi. Bundan əvvəl o, üç il Qoroxovetski rayonunun administrasiyasına rəhbərlik edib.