Modern.az

Ermənistan ABŞ-dakı səfirini dəyişdi

Ermənistan ABŞ-dakı səfirini dəyişdi

Aktual

27 Avqust 2025, 17:00

Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanı ilə Lilit Makunts Ermənistanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Modern.az xəbər verir ki, respublika prezidentinin mətbuat xidmətinin məlumatına görə, digər sərəncamla Narek Mkrtçyan Ermənistan Respublikasının ABŞ-dakı səfiri təyin edilib.

Qeyd edək ki, Narek Mkrtçyan bu gün Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsindən azad edilib. Yeni nazir hakim “Mülki müqavilə” partiyasından olan keçmiş deputat Arsen Torosyan təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı