Modern.az

Son günlər günvurma halları harada baş verib?

Son günlər günvurma halları harada baş verib?

Aktual

2 Sentyabr 2025, 13:58

Havaların həddindən artıq isti keçməsi fonunda günvurma hallarının artacağı ilə bağlı narahatlıqlar olsa da, hələlik bu istiqamətdə hər hansı statistika qeydə alınmayıb.

Modern.az son günlər ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar günvurmaya məruz qalanların olub-olmadığını öyrənmək üçün Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə sorğu ünvanlayıb.

Mərkəzdən verilən məlumata görə, son üç gün ərzində günvurma diaqnozu ilə bağlı heç bir müraciət qeydə alınmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular