Modern.az

Türk Dünyasının QHT Platforması yaradılır

Türk Dünyasının QHT Platforması yaradılır

Aktual

1 Sentyabr 2025, 16:52

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” adlı layihəsini həyata keçirir. 6 aylıq layihə çərçivəsində mövzu ilə bağlı internet televiziyasında debatların təşkili, xüsusi yazıların hazırlanaraq yayınlanması icra edilir, yekunda isə Azərbaycan-Qazaxıstan QHT-lərinin birgə forumunun keçirilməsi nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dövlətləri arasında rəsmi müstəvidə gedən inteqrasiya prosesinin ictimai sektora, media və qeyri-hökumət təşkilatları sferasına da tranfer olunması zəruridir:

“Layihədə nəzərdə tutulan tədbirlər çərçivəsində Türk ölkələrində fəaliyyət göstərən QHT-lərin, liderlərinin tanıdılması, platformalarda ortaq mövqelərdən çıxış edilməsi, həmçinin, Azərbaycanla, digər türk dövlətləri ilə əlaqəli gündəmin aktual mövzularının müzakirəsi həyata keçirilir. Layihənin sonunda isə Türk dünyası QHT Platformasının yaradılmasına dair təşəbbüslərə dəstək məqsədilə Azərbaycan-Qazaxıstan I Forumunun keçirilməsi, forumda Azərbaycan və Qazaxıstan QHT-lərinin iştirakının təmin edilməsi nəzərdə tutulub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular