Modern.az

Sentyabrda isti hava nə qədər davam edəcək?

Sentyabrda isti hava nə qədər davam edəcək?

Aktual

2 Sentyabr 2025, 11:38

Yay mövsümünün sonlarına doğru yaxınlaşsaq da, ölkə ərazisində isti hava şəraiti hələ də qalmaqda davam edir. Belə ki, sentyabr ayının başlanmasına baxmayaraq, havada nəzərəçarpacaq temperatur enişi müşahidə olunmur. Gün ərzində temperatur bəzi yerlərdə 30-35 dərəcə, bəzən isə daha yüksək qeydə alınır.

Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, əslində, bu hal son illər üçün artıq adi bir mənzərəyə çevrilib.

"Məhz bu səbəbdən illər əvvəl dərs ilinin başlanğıc tarixi sentyabrın 1-dən 15-nə keçirildi. Çünki ölkəmizdə son illərdə sentyabrın ortalarınadək, hətta 20-nə kimi isti yay havası müşahidə olunmağa davam edir. Gecə və səhər saatlarında nisbətən sərin hava hiss olunsa da, günün böyük bir hissəsində havanın temperaturu yüksək olur".

O həmçinin əlavə edib ki, bu tendensiya yaxın illərdə də dəyişməyə bilər:

“Yay mövsümünün sonuna təsadüf edən bu isti günlər iqlim norması çərçivəsində qiymətləndirilir və narahatedici hal kimi qəbul edilmir.

Temperaturun sentyabrın 15-20-sindən sonra enməsi gözlənilsə də, bəzi hallarda isti hava şəraitinin bir qədər uzun müddət davam edəcəyi ehtimal olunur. Bu baxımdan indidən dəqiq proqnoz vermək çətindir”,- deyə A. Məmmədov qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular