Modern.az

Xankəndidə sökülən binanın yerində bu idarə olacaq

Xankəndidə sökülən binanın yerində bu idarə olacaq

Aktual

2 Sentyabr 2025, 11:50

Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi inşa olunacaq.

Modern.az xəbər verir ki, müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.

Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular