Modern.az

Azərbaycan rəqsləri isveçrəlilərə təqdim edildi - FOTOLAR

Azərbaycan rəqsləri isveçrəlilərə təqdim edildi - FOTOLAR

Aktual

3 Sentyabr 2025, 11:18

Hər il olduğu kimin, bu ildə 02.09.2025 tarixində İsveçrənin Zürix şəhərinin qimnaziyasında 160 yeniyetmə isveçrəli şagirdlərə UNESCO günləri çərçivəsində Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun müəllifi olduğu və rəhbərlik etdiyi İnteqrasiya və İsveçrə adlı tamgünlük layihə uğurla qerçəkləşdirilmişdi.

Modern.az xəbər verir ki, layihədə səkkiz "workshop" eyni zamanda təqdimedilir və şagirdlər bu "workshop"lara sırayla qatılaraq hərəsində bir mövzunu mənimsəyirlər. "Workshop"lardan biri hər zaman olduğu kimin azərbaycan rəqslərini isveçrəlilərə təqdim edirdi.

160 yeniyetmə şagirdin yiyarət etdiyi bu "workshop"u İsveçrənin Cenevrə şəhərində yaşayan həmyerlimiz x-m M.Xan-Xoyskaya idarə edirdi.

Azərbaycan rəqslərini qıssa sürədə hec olmazsa cox azda olsa öyrənmək və rəqs etmək bütün şagirdləri cox maraqlandırdı və onlar böyük maraqla öyrənməyə səy göstərdilər. X-m Xan-Xoyskayanın rəhbərliyi altında qıssa zamanda rəqsi öyrənərək məharətlərini göstərdilər. Layihənin sonunda layihınin dəyərləndirilməsi zamanı Azərbaycan rəqsləri "workshop"un ən maraqlı və ən zövqlü adlandırdılar və x-m Xan-Xoyskayanın işini xüsusi qeyd etdilər.

Belə layihələr Azərbaycan mədəniyyətini gözəl və lazımı şəkildə tərənnüm etdiyi üçün bu layihə İsvecrədə davamlı və tez-tez kecirilməsi üçün Qasım Nəsirov cox səy qöstərməyə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular