Modern.az

Deputatdan tıxacla bağlı xəbərdarlıq: 15 sentyabrdan sonra daha ağır olacaq

Deputatdan tıxacla bağlı xəbərdarlıq: 15 sentyabrdan sonra daha ağır olacaq

Aktual

3 Sentyabr 2025, 12:06

“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.

Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Bakı ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir: “Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yolla bağlı işlər görülür. Məncə işlərin daha da sürətlənməsi və 24 saatlıq rejimə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular