Ordubad rayonunda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb.
Modern.az xəbər verir ki, Ordubad rayonunun Aza kəndi ərazisində sentyabrın 2-də axşam saatlarında yolu keçmək istəyərkən 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin vurması nəticəsində xəsarət alan 2009-cu il təvəllüdlü Fatimə Qasım qızı Seyidzadə müalicə aldığı xəstəxanada həyatını itirib.
F.Seyidzadə vəziyyəti ağır olduğu üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.