Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) “Google” şirkətini 325 milyon avro cərimələyib.
Modern.az xəbər verir ki, informatika nəhəngi reklamlar və kukilərlə bağlı qanunvericiliyin tələblərini pozmaqda ittiham olunur.
Bu, CNIL-in indiyədək tətbiq etdiyi ən böyük cərimədir. Daha əvvəl, 2022-ci ildə də şirkətə 150 milyon avro cərimə tətbiq edilmişdi.
“Google” şirkəti Fransada üçüncü dəfə cərimələnir. Şirkətə qarşı 2020-ci ildə 100 milyon, 1il sonra isə 150 milyon avro cərimə tətbiq edilib. Hər 3 cərimənin səbəbləri demək olar eynidir.