Modern.az

Dövlət qurumlarına kiberhücumlar AZALIB

Dövlət qurumlarına kiberhücumlar AZALIB

Aktual

4 Sentyabr 2025, 10:08

Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Modern.az Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə avqustda isə 39 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.

2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular