Modern.az

Yol polisində yeni dərs ilinə HAZIRLIQ 

Yol polisində yeni dərs ilinə HAZIRLIQ 

Aktual

4 Sentyabr 2025, 10:58

Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

BDYPİ bununla bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Bu tədbirin əsas məqsədi – bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və böyüklərə müraciət edərək bildirir ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır.

Eyni zamanda sürücülərə xüsusi olaraq xatırladırıq:

- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;

- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;

- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;

- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.

Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanları da həyatlnl qoruya bilirik. Ən başlıcası isə – uşaqlarımızın təhlükəsizliyini təmin edirik.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, yol qəzalarının qarşısını almağa dəvət edir.

Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular