Modern.az

BMU və “Azercell”in təşkilatçılığı ilə hackathon keçiriləcək 

BMU və “Azercell”in təşkilatçılığı ilə hackathon keçiriləcək 

Aktual

4 Sentyabr 2025, 12:10

Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək.

Modern.az xəbər verir ki, kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq. 

“Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər. 

Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.

Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: 

//forms.gle/xiGf7DT5TPAo45Yd9 

Qaliblərə pul mükafatları veriləcək (birinci yer-4000 AZN, ikinci yer-3000 AZN, üçüncü yer -2000 AZN)

Gözlənilən biliklər:

  • Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);

  • Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);

  • Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;

  • Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular