Modern.az

Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanıldı

Aktual

4 Sentyabr 2025, 12:13

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb. Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Piriyev tutulub.

Həmçinin Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L. Qəhrəmanova saxlanılıb.

Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3 min 500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B. Hənifəyev və N. Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular