"Azercell" rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalinin maarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir.
Modern.az xəbər verir ki, kibercinayətkarların hədəfində daha çox yaşlı nəslin nümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçün xüsusi təlim təşkil edib.
"Azercell"in İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılara kiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədə ətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadə etdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunma yolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və real nümunələr üzərində müzakirələrlə davam edib.
Xatırladaq ki, "Azercell" müxtəlif yaş qrupları üçün rəqəmsal təhlükəsizlik biliklərinin artırılması istiqamətində silsilə layihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmət müəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkil edib, cari ilin ilk yarısında isə “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” çərçivəsində 7 regionda 350-ə yaxın məktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.