Məşhur “Armani” şirkətini yaradan italyan modelyer və sahibkar Corco Armani 91 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Corco Armani 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilib. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə edib.
Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşib.