Modern.az

Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR

Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR

Aktual

5 Sentyabr 2025, 16:37

Türk Dövlətləri Təşkilatının(TDT) 5-6 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək liderlər sammitinə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın iştirakı planlaşdırılır.

Bunu Modern.az-a açıqlamasında Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler bildirib.

“Qeyd etmək lazımdır ki, 19 oktyabrda Şimali Kipr Türk Respublikasında seçki olacaq. Hər hansı bir məsələ meydana gəlmədiyi təqdirdə, normal şərtlərdə digər dövlətlər kimi Şimali Kipr Türk Respublikasının da Zirvə toplantısında iştirakı planlaşdırılır”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti-XII rəsmi zirvə toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq. Görüşün Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular