Modern.az

Sabunçu və Maştağada oğurluq edənlər saxlanıldı

Sabunçu və Maştağada oğurluq edənlər saxlanıldı

Aktual

5 Sentyabr 2025, 12:28

Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sabunçu qəsəbə sakininə məxsus evdən 3 min 780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?