Modern.az

Rektor özünə köməkçi və müşavirlər təyin etdi

Rektor özünə köməkçi və müşavirlər təyin etdi

Aktual

5 Sentyabr 2025, 13:28

Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub.

Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ruslan Araz oğlu Məmmədov rektorun köməkçisi, İlqar Nadir oğlu Kubışov rektorun elm və təhsil üzrə müşaviri və Lalə Yaşar qızı Məmmədova isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi, İ.Kubışov Regional Kollecin direktoru, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıblar.

1459530

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular