Modern.az

Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur

Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur

Aktual

5 Sentyabr 2025, 21:03

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb. 

 

Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib: 

 

"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular