Modern.az

İxtisas və məktəb seçiminin nəticələri elan olundu

İxtisas və məktəb seçiminin nəticələri elan olundu

Aktual

6 Sentyabr 2025, 12:14

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular