2025-ci ilin ikinci və son Ay tutulması başlayıb.
Modern.az xəbər verir ki, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.
Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq.Tam tutulma 82 dəqiqə davam edəcək.
2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları Qanlı Ay tutulmasını canlı izləyə bilərlər.