Modern.az

Heroin satan narkokuryer saxlanıldı

Heroin satan narkokuryer saxlanıldı

Aktual

8 Sentyabr 2025, 10:18

Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb. Ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?