ABŞ səfirliyinin müşaviri Eşli Tauers AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi özünün “Facebook” hesabında məlumat yayıb.
“ABŞ Biznes Nümayəndə Heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsini yekunlaşdırdıq. Aktaudan yola düşməzdən əvvəl Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) icraçı direktoru Natiq Baxişov və ABŞ-nin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL – Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır”,- səfirliyin məlumatında bildirilib.