Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bazar ertəsi məhkəmə qarşısına çıxarılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Köçəryan hakimiyyəti ittiham edib.
Köçəryanın sözlərinə görə, onun cinayət işi və ittihamı siyasi xarakter daşıyır.
Robert Köçəryan baş nazirin keçmiş müavini Armen Gevorqyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci (konstitusiya quruluşunu devirmə) maddəsi ilə ittiham olunublar.
2021-ci ilin martında Ermənistan Konstitusiya Məhkəməsi bu maddəni etibarsız və konstitusiyaya zidd elan edib, bundan sonra onlara qarşı cinayət təqibinə xitam verilib. Lakin 2024-cü ilin sentyabrında məhkəmə ittihamları yenidən təsnif etdikdən sonra iş yenidən açılıb.
Keçmiş yüksək vəzifəli məmurlar 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələrdə iştirakda ittiham olunurlar. Daha sonra prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirib. Martın 1-də keçirilən etiraz aksiyaları İrəvanda iğtişaşlara çevrilib və 10 nəfər həlak olub.