Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Vladimirovka kəndini ruslardan azad edib və bir sıra digər yaşayış məntəqələrindən işğalçıları sıxışdırıb.
Modern.az xəbər verir ki, bu barədə DeepState analitik layihəsi məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri Vladimirovkanı təmizləyib, Razino, Zolotoy Kolodeziya və Novotoretske yaxınlığında düşməni geri sıxışdırıb”, - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski xatırladıb ki, avqust ayında Ukrayna ordusu Pokrovski istiqamətində 5 kvadrat kilometr ərazi itirib, lakin 26 kvadrat kilometr əraziyə nəzarəti bərpa edə bilib.