Modern.az

Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir

Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir

Aktual

8 Sentyabr 2025, 16:21

2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Modern.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.

“Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, - diplomat qeyd edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?