Modern.az

“Dövrümüzün qəhrəmanı” seçilən sadə azərbaycanlı - FOTO

“Dövrümüzün qəhrəmanı” seçilən sadə azərbaycanlı - FOTO

Aktual

9 Sentyabr 2025, 09:48

Moskvada keçirilən X Andrey Stenin adına beynəlxalq fotomüsabiqənin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, müsabiqənin “Portret: Dövrümüzün qəhrəmanı” nominasiyasında birinci yerə azərbaycanlı yükdaşıyan Rza Rzayevin fotosu layiq görülüb.

Qalib gələn foto rusiyalı fotomüxbir Aleksandr Oşepkov tərəfindən çəkilib və “Uşaqlar üçün qorxunc idi, amma axı mən də atayam” adlanır. Kadr 2024-cü il yanvarın 17-də Rusiyanın Novosibirsk şəhərinin Leninski rayonunda baş vermiş iri kommunal qəza zamanı lentə alınıb.

Hadisə zamanı 61 il əvvəl çəkilmiş istilik xətti şaxtaya tab gətirməyərək partlamış, güclü təzyiqlə çıxan qaynar su yeddi mərtəbəli binanın hündürlüyünə qədər qalxmışdı. Küçələr qısa müddətdə qaynar su ilə dolmuş, 14 nəfər yanıq xəsarəti almış, onların üçü xəstəxanaya yerləşdirilmişdi.

Məhz həmin anlarda Xilok bazarında işləyən yükdaşıyan işləyən Rza Rzayev hadisə yerindən qaçmaq əvəzinə insanlara kömək etməyi qərara alıb. O, əvvəlcə yolun üzərində keçid qurub, ardınca isə uşaqları və qadınları qucağına alaraq qaynar sudan keçirib.

Aleksandr Oşepkov hadisəni təsadüfən görüntüləyib: “Rzanı qəza yerində tamamilə təsadüfən gördüm. Qaynar suyun içindən keçəndə yol polisi maşınını və yanında insanlara kömək edən Rzanı gördüm. Bir neçə kadr çəkdim, onunla söhbət etdim və yoluma davam etdim”, – deyə fotomüxbir bildirib.

Həmin kadr bir ildən az müddətdə beynəlxalq münsiflərin diqqətini çəkərək qalib elan edilib.

1460140

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?