Modern.az

Azərbaycanda bu şəxlərin təqaüdü ARTIRILDI

Azərbaycanda bu şəxlərin təqaüdü ARTIRILDI

Aktual

9 Sentyabr 2025, 11:22

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən təqaüd artırılıb.

Modern.az-ın məlumatına görə, əvvəllər 75 manat olan təqaüd 100 manat müəyyən edilib.

Artım əməkdar müəllim, əməkdar həkim, əməkdar artist, əməkdar incəsənət xadimi, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi və əməkdar dövlət qulluqçusu fəxri adını daşıyan şəxslərə şamil edilib.

Qeyd edək ki, müvafiq sərəncam Naxçıvan Ali Məclisi sədrinin birinci müavini  Bəxtiyar Məmmədov tərəfindən imzalanıb. Sənəd iyulun 1-dən tətbiq edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?