Modern.az

Sabiq nazir müavininə yeni vəzifə verildi

Sabiq nazir müavininə yeni vəzifə verildi

Aktual

9 Sentyabr 2025, 11:41

Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.

Modern.az xəbər verir ki, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Digər əmrlə o, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.

Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-13-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. (Mənbə: qaynarinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?