Modern.az

Bakıda talama cinayətləri törədənlər tutuldu

Bakıda talama cinayətləri törədənlər tutuldu

Aktual

9 Sentyabr 2025, 12:12

Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək içərisində 1600 manat və qızıl-zinət əşyaları olan çantalarının talanması barədə məlumat veriblər. 

Modern.az xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov və L.Əliyeva müəyyən olunaraq saxlanılıblar. 

Analoji hadisə Nizami rayonunda da olub. Rayon ərazisindəki ticarət mərkəzlərinin birində çalışan satıcının içərisində pul, qızıl-zinət əşyası, bank kartı və sənədlər olan çantanı talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 59 yaşlı Z.Bayramova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?