Modern.az

Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir

Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir

Aktual

9 Sentyabr 2025, 19:25

Azərbaycanla Rusiyanın birgə yaratdığı “AzRusTrans” QSC fəaliyyətini dayandırır.

Modern.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində məlumat dərc edilib.

Şirkətin ləğv olunması ilə bağlı elanda kreditorlardan öz tələblərini iki ay müddətində Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Heydərov Orxan Qasım oğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?