Modern.az

İntim həyatınızda problem varsa mütləq oxuyun - Kişilər üçün

İntim həyatınızda problem varsa mütləq oxuyun - Kişilər üçün

10 Sentyabr 2014, 21:55


Yorğunluq, stress, düzgün qidalanmamaq, şəhər mühitində hər addım insanı izləyən gərginlik, istirahətsiz uzanan iş günləri, oturaq həyat tərzi və bu kimi digər hallar kişilərin intim həyatına mənfi təsir edən amillərdir. Bu cür həyat tərzi keçirən kişilər gec-tez cinsi zəiflik kimi xoşagəlməz vəziyyətlə üzləşirlər.

Modern.az saytı kişiləri narahat edən problemdən yazır.

Təəsüflər olsun ki, bu problemin həllini bir çoxları mütəxəssis məsləhəti olmadan apteklərə üz tutmaqda, cinsi həvəsi artıran kimyəvi dərmanları əldə etməkdə görürlər. Ancaq daha yaxşı olar ki, orqanizmə necə təsir edəcəyini və hansı fəsadları yaradacağını bilmədiyiniz dərmanlardan əvvəl xalq təbabətinin sınanmış vasitələrindən istifadə edəsiniz. Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək.

Sarmısaq cövhəri

Sarmısağın insan sağlamlığı üçün nə qədər faydalı olduğu hamımıza yaxşı məlumdur. Həmçinin möcüzəvi əhəmiyyətləri olan bu bitkinin çövhərinin də faydaları saysız hesabsızdır. O cümlədən bu cövhərin kişi sağlamlığına təsiri də olduqca böyükdür. Cövhəri hazırlamaq üçün 1 kiloqram sarmısağı xırda-xırda doğrayıb 3 litrlik balonun içərisinə tökmək və üzərinə qaynanmış su əlavə etmək lazımdır. Balon ağzı bağlı vəziyyətdə bir ay saxlanılmalıdır. Balonu hər gün çalxalamaq gərəkdir. Bir ay keçdikdən sonra cövhər istifadəyə hazırdır. Cövhərdən hər gün bir çay qaşığı qəbul etmək yetərlidir.

Bal və qoz

Ayrı-ayrılıqda istər balın, istərsə də qozun zəif potensiyaya qarşı xeyirli olması hamımıza bəllidir. Ancaq bu ikisinin qarışığı daha effektlidir. Hətta mütəxəssislər tərəfindən bu qarışığın “Viaqra”dan da güçlü oması söylənilir. Bu resept olduqca sadə və hazırlanması çox asandır. Xırda doğranmış qozun üzərinə eyni miqdarda bal əlavə edilməli və yaxşıca qarışdırılmalıdır. Gün ərzində bir xörək qaşığı qəbul etməklə potensiyanı gücləndirmək, cinsi həvəsi artırmaq və orqanizmin gündəlik vitamin və minerallara tələbatını ödəmək mümükündür.

Gicitkən

Gicitkən xalq təbabətində geniş istifadə olunan bitkilərdən biri sayılır. Bu bitki həm də zəif potensiyaya qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Bunun üçün əzilmiş gicitkən toxumunu eyni miqdarda bal və qırmızı şərabla qarışdırmaq lazımdır. Alınmış qarışıqdan bir xörək qaşığı qəbul etsəniz intim həyatınızda özünüzü tam fərqli hiss edəcəksiniz.

Həmçinin gicitkən, yumurta və soğandan hazırlanmış salatdan müntəzəm istifadə etməklə cinsi fəaliyyətinizi normallaşdırmış olarsınız.

Kəklikotu cövhəri

Cinsi zəifliyə qarşı sınanmış vasitələrdən biri də kəklikotu cövhəridir. Bu cövhəri hazırlamaq üçün 100 qram qurudulmuş kəklikotunu əzib üzərinə 200 qram qaynar su əlavə etmək və soyuduqdan sonra içmək lazımdır. Kəklikotu cövhəri gündə 2 dəfə 1 fincan yeməkdən sonra qəbul edilməlidir.

Yemişan dəmləməsi

İntim həyatlarına diqqət yetirən kişilər hələ qədim zamanlardan yemişan dəmləməsindən istifadə ediblər. Bu dələməni hazırlamaq üçün 3 xörək qaşığı yemişan çiçəyinin üzərinə 3 stəkan soyuq su əlavə edilib 10 saat saxlanılmalıdır. Bu müddətdən sonra o, 6 dəqiqə zəif odun üzərində qaynadılmalıdır. Qaynadıldıqdan sonra dəsmala büküb 30 dəqiqə saxlanılmalı, soyuduqdan sonra qəbul edilməlidir. Yemişan dəmləməsini gündə üç dəfə bir stəkan içmək lazımdır. Səhərlər acqarnına, günorta və axşam isə yeməkdən sonra.

Qeyd etmək yerinə düşərdi ki, adları sadalanan bitkilər şəhərimizin demək olar ki, bütün apteklərində satılır və qiymətləri də olduqca münasibdir. Alın, hazırlayın, istifadə edin və intim həyatınıza yenilik gətirin.

Sağlamlığınızla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhətləşməyi də unutmayın.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU