Modern.az

Mikrofonla söyüş söyən SİYASƏTÇİLƏR

Mikrofonla söyüş söyən SİYASƏTÇİLƏR

Aktual

17 Avqust 2015, 13:08

Soyuqqanlığı və ehtiyatlı diplomatik ifadələri ilə seçilən siyasətçilər bəzən qalmaqallı sözləri ilə diqqətləri özlərinə yönəldirlər. Söndürülməmiş, işlək mikrofon ictimaiyyətin qulağından uzaq olmalı ifadələri hər kəsə eşitdirir.

Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyrlə görüşü zamanı mikrofonun işlək vəziyyərdə olduğunu unudaraq, “debillər” ifadəsini işlətdi. Rusiyalı diplomatın bu ifadəni kimə yönəldiyi məlum olmasa da, mikrofonla bağlı kazuslar digər dünya siyasəçilərinin də başına gəlib.  

Modern.az dünya siyasətçilərinin “işlək mikrofon” xətalarını təqdim edir.      

Bu sırada ən məşhur əhvalat ABŞ-ım keçmiş prezidenti  prezidenti Ronald Reyqanın adı ilə bağlıdır. 1984-cü il avqusutun 11-də xalqa ənənəvi şənbə günü müraciəti zamanı prezident zarafat etmək qərarına gəlir. Çıxışında daxili siyasətdən, daha doğrusu, dini təmayüllü məktəb şagirdlərinin dövlət məktəblərində dərsdən sonra bir neçə saatlıq qrup şəklində toplaşması haqqında qərarından bəhs etməli idi. Lakin Reyqan “soyuq müharibə”nin qızğın çağlarını yaşadığı məqamda Sovet İttifaqı barədə təhlükəli ifadələr işlədir:

“Amerikalı həmvətənlərim, böyük məmnuniyyətlə sizə xəbər verirəm ki, Rusiyanın əbədi olaraq qanundan kənar elan edilməsi barədə fərman vermişəm. Bombardman 5 dəqiqədən sonra başlayacaq”. Xoşbəxtlikdən bu sözlər deyilən zaman Reyqan hələ canlı yayıma qoşulmamışdı. Sonradan səs rejissorlarından biri Reyqanın çıxışı olan səs yazısını ictimailəşdirib.  

1993-cü ildə Böyük Britaniyanın baş naziri Con Meycor “İTN” telekanalına müsahibə verir. Lakin müsahibə başa çatdıqdan sonra baş nazir aparıcıya onun Avropa siyasətilə razı olmayan 3 nazirinin adını çəkir və onları məmnuniyyətlə, “çarmıxa çəkəcəyi it uşaqları” adlandırır. Bu zaman nazir özünü də tənqid edir. “Necə olur ki, mənim kimi aciz birisi həmişə seçkiləri udur”.  

2010-cu ildə Britaniyanın digər baş naziri Qordon Braun seçkiqabağı minitnqlərin birində 65 yaşlı təqaüdçü Cilian Daffi ilə qısa dialoq yaşayır. İmmiqrasiya və mühacitət haqda düşüncələrini təqaüdçü ilə bölüşən baş nazir öz avtomobilinə oturur. Lakin ona doğru tuşlanan “Sky News” mikrofonunun hələ də açıq olduğunu unudan Braun öz köməkçisi Castin Forsayta dediyi sözləri hər kəs eşidir. Baş nazir baş verənləri “faciə”, təqaüdçünü isə “fanatik qadın” adlandırır.

Qordon Braun sonradan yaranan qalmaqalı səngitmək üçün Cilian Daffini ziyarət edir və ondan sözlərinə görə üzr istəyir. Amma bütün səylərə baxmayaraq, Qordon Braunun başçılıq etdiyi Leyboristlər Partiyası seçkiləri uduzur və siyasətçi baş nazir postunu tərk etməli olur.    

2005-ci ildə Uels şahzadəsi Çarlz Kamilla Parker-Boulzla toya hazırlaşırdı. İsveçrədə bununla bağlı keçirilən mətbuat konfrnası zamanı mikrofonunun açıq olduğunu unudan Çarlz övladları Harri və Uilyama “Belə şeylərə necə də nifrət edirəm... bu insanlara nifrət edirəm”, - deyə xitab edir. Britaniya taxt-tacının varisinin sözləri bütün zala yayılır.    

Ümumiyyətlə, mətbaut konfranslarından iştirak edən jurnalistlər siyasətçilərin hədəfinə tez-tez tuş gəlirlər. Məsələn, 2008-ci ildə Brüsseldə jurnalistlərlə görüşü yekunlaşdıran Polşa prezidenti Lex Kaçinski öz köməkçisinə “Daha bir sual vermələrinə şərait yarat, amma o sualı qırımızı geyimli meymun verməsin”, - deyə açıq mikrofonlar altında deyir.

Sonradan onun “qırmızı geyimli meymun” epiteti ilə mükafatlandlırdığı şəxsin “TVN24” telekanalının əməkdaşı İnqa Rosinskaya olduğu aydınlaşır.   Analoji situasiya 2000-ci ildə ABŞ prezidenti Corc Buşun da başına gəlir. Seçkiqabağı kampaniya zamanı açıq mikrofonlar qarşısında vitse-prezident Dik Çeyniyə yaxınlaşan Buş “New York Times”ın əməkdaşı Adam Klaymeranı göstərərək “bu insanlar içində baş əclaf həmin oğlandır”, - deyə pıçıldayır.    

2001-ci ildə “G20” sammitində açıq mikrofonlar Fransa prezidenti Nikolya Sarkozi və ABŞ prezidenti Barak Obamanı da ifşa edib. Sinxron tərcümə aparatını dinləyən jurnalistlər iki dövlət başçısının İsarilin baş naziri Benyamin Netanyahu barədə qeybət etdiklərinin şahidi olur. Sarkozi israilli hökumət başçısını “yalançı” adlandırır və ondan zəhləsi getdiyini deyir. Obama isə fransız həmkarının sözlərini anlayışla qarşılayır: “Siz ondan bezmisiniz? Amma mən hər gün onunla danışmalı oluram”, - deyə Obama şikayətlənir. Bu insident ABŞ-İsrail münasibətlərinə xələl gətirir. Fransa Xarici İşlər Nazirliyi isə baş verən dialoqu jurnalistlərin xəyal məhsulu adlandırır.  

2005-ci ildə Fransa prezidenti Jak Şirak da gündəmə gəlir. Açıq mikrofonlar qarşısında Şirak Rusiya prezidenti Vladimir Putin və Almaniyanın kansleri Herhard Şröderə ingilislərdən şikayət edir. 2012-ci il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda Paris və London arasında kəskin rəqabət dövrünə təsadüf edən həmin ifadələr Britaniya adalarını ayağa qaldırır: “Britaniyanın Avropa kənd təsərrüfatına verdiyi yeganə töhfə - inək dəliliyidir (dərin entsefalopatiya xəstəliyi). Belə bərbar mətbəxi olan insanlara etibar etmək mümkün deyil”.  

Lakin sonda qələbəni ingilislər qazanır və 2012-ci il Olimpiya Oyunları Londonda keçirilir.          

Vüqar İsmayılov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər