Modern.az

Milli Orduya xəyanətlərin kökü Daşaltıdan başlanır

Milli Orduya xəyanətlərin kökü Daşaltıdan başlanır

26 Yanvar 2016, 09:00

Daşaltı əməliyyatından 24 il keçir. Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilməyib.

1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı dəstə (komandir Riyad Əhmədov), Şuşa Özünümüdafiə dəstəsinin bir qismi buna qədər bir neçə uğurlu döyüşlər həyata keçirmişdilər (həmin əməliyatda iştirak edən əsgər və zabitlər, Sovet hərbi hissələrində əsgəri xidmət görmüş, bir çoxu Əfqanıstanda qulluq edtmişdi).

Qeyt etdiyim kimi, sadalanan ordu birləşmələri Dağlıq Qarabağın müxtəlif kəndlərində (Erkək, Mənəş, Buzluq, Sarusu və s.) uğurlu əməliyyatlar həyata keçirmişdilər. 

Daşaltı kəndinə ediləcək hücum haqqında söhbətlər əhali arasında hələ yanvarın 23-dən məlum idi və deməli düşmən də ondan xəbərdar idi. Bu haqda müdafiə naziri Tacəddin Mehdiyevə, briqada komandirini (Zadir Rzayev əməliyyatda iştirak etmirdi) əvəz edən Nurəddin Abdulayevə bildirilsə də, onlar hücumun vaxtını dəyişmədilər

Ordu verilən əmrə tabe olaraq, 25-26 yanvar tarixlərində Daşaltı kəndinə hücum etdi və həmin döyüşlərdə düşmənin bizim ordunu gözlədiyinə baxmayaraq, əsgər və zabitlərimiz əsl igidlik salnaməsi yazdılar. O döyüşlərdə düşmənin 80-dan çox yaraqlısı məhv edildi.

Sonralar aparılan araşdırmalar zamanı həmin döyüşdə 34 nəfərin itkin və şəhid olduğu bildirildi.

1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itkin düşmüş əsgər və zabitlərin siyahısı

Şıxov Taburu

1. Abbasov Məhərrəm Abbas

2. Abdullayev Azad Yasir

3. Ağayev Yusif Balasər

4. Abdullayev Ramin Həbib

5. Abdullayev Nurəli Hacıbala

6. Ağayev Rafiq Qəzənfər

7. Bayramov Kamil Canbala

8. Bayramov Vaqif Pirəli

9. Bayramov Orxan Rauf

10. Bünyadzadə Ərəstun Mehdi

11. Camalaov Elman Hüseyn

12. Cavadov Abbas Şəms

13. Cəbrayılov Həmid Yaşar

14. Cəfərov Zaur Firuddin

15. Dremaçon Vladimir Vasilyeviç

16. Əliyev Bəkir İsa

17. Əliyev Hidayət Məcid

18. Əhmədov İmamqulu Soltan

19. İlizadə Faiq Əbdülhüseyn

20. Əliyev Ağabala Mirzəbala

21. Əlicanov Baxış Məhəmməd

22. Əmirov Rəfail Mənsur

23. Fətullayev Abbas Ağahüseyn

24. Hüseynov Gülverdi Ağahüseyn

25. Hüseynov Ramiz Allahverdi

26. Həsənquliyev Şirindil Cavad

27. Hacıbabayev Tofiq Arif

28. Həsənov Sədrəddin Qardaşxan

29. Həsənov Sərxan Altay

30. Həsənov Oleq Xasay

31. Xəlilov Rövşən Allahverdi

32. Xudayev Füzuli Cəmil

33. Xudayev Çingiz Elman

34. İbrahimov Cavanşir Zeynal

35. İbadov Şirzad Cavanşir

36. İsmayılov Elxan Nazim

37. İsgəndərov Əliyar Hüseyn

38. Kərimov Elxan Sunbay

39. Qurbanov Nofəl Nəriman

40. Qiyasov İlqar Əsgər

41. Qasımov Sərxan Lətif

42. Qədiməliyev Nizami Gülmməd

43. Qədirov Taleh Ələkbər

44. Quliyev Məhəmməd Fərrux

45. Qəhrəmanov Qəhrəman Qaçay

46. Malikov Amil Əliheydər

47. Mirzəyev Rizvan Bilal

48. Mustafayev Sabir İslam

49. Mikayılov Baba Bilikişi

50. Məmmədov Müşfiq Yusif

51. Məmmədov İlqar İnqlab

52. Məmmədov Mahir Arif

53. Mehtiyev Nazim Əli

54.Nəcəfov Rövşən Hacı

55. Namazov Azər Rəhim

56. Niftalıyev Adil Kamal

57. Nəsirov Arif Əmiraslan

58. Nuriyev Rafiq Əli

59.Nəcəfov Rəhman Hacı

60. Piriyev Ehtiram Bayram

61. Rüstəmov Azad Bala

62. Rəsulov Atəş Hacı

63. Soltanov Kazım Hacı

64. Səfərov Rövşən Qiyas

65. Şamilov Sərraf Bakir

66. Tahirov Vaqif Sabir

67. Tahirov Əlövsət Kamran

68. Vəlicanlı Süleyman Məbud

69. Zülalov İsfəndiyar Adil

70. Zeynalov Sahib Əliheydər

Xüsusi Təyinatlı Dəstə

1. Əhmədov Riyad Fikrət

2. Musayev Vaqif Dursun

3. Şirinov Elcan

4. Qasımov Veysəl Həbib

5. Hüseynov Telman

6. ------ Andrey

7. Yusifov Şahin

8. Yarıyev Qənbər

9. Zeynalov Sahib Əliheydər

10. -------- Elmar Vaqif

Şuşa Özünümüdafiə Dəstəsi

1. Nəsirov Zahid Rafael

2. Abutalıbov Eyvaz Cəmil

3. Ələkbərov Zahid Vəliş

4. Məhərrəmov Nazim Tofiq

5. Rüstəmov Sabir Gəray

6. Səfərov Şahverdi Bəhlul

7. Quliyev Oqtay Gülməmməd

8. Ələkbərov Arzu Bəhram

9. Məmmədov Habil Qabil

10. Həşimov Pərviz Varaşil

Məni Daşaltıda axtararsınız

Deməyin itkinəm, mən yox olmuşam,

Düşmənin qəlbinə bir ox olmuşam.

Əvvəl tək idimsə, indi çox olmuşam,

Yaşaya bilmirəm ata-anasız,

Məni Daşaltıda axtararsınız.

 

Demə son döyüşüm “Daşaltı” oldu

Demə bacılarımın saçını yoldu.

Demə ki, anamın gözləri doldu,

Sevinib şənlənər o düşmən qansız.

Məni Daşaltıda axtararsınız.

 

Ürəklərdə mənim məkanım ancaq,

Mənsiz qızmayacaq nə ev, nə otaq.

Nahaq gəzirsiniz siz məni, nahaq,

Belə boş gəzməyin yorularsınız,

Məni Daşaltıda axtararsınız.

 

Qorxma, vətən daşı Daşaltıdadır,

Sanmayın qollarım Daşaltıdadır.

Nə olsun ki, cismim Daşaltıdadır,

Ruhuma dəyməyin, siz Allah, cansız,

Məni Daşaltıda axtararsınız.

 

Sevgilim, heç kimə açma könlünü,

Saxla bu fəryadı, yanğını, kini.

Gözlə toyumuzu – o, xoşbəxt günü.

Qoy gəlib desinlər gözəl yarsınız,

Məni Daşaltıda axtararsınız.

                      (Müəllif naməlum)

Niyazi Məmməd oğlu Quliyev,
AVMVB MNTK-nın sədri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi