Modern.az

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi  

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi   

23 İyun 2018, 19:00

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün qəflətən dünyasını dəyişib. Məlumatı Modern.az-a mərhum nazirin ailəsinin yaxınları veriblər.

Qeyd edək ki, Yavər Camalovun uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.


Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Ölkə Prezidentinin 18 mart 2006 - cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Evli idi, 2 oglu var.

Qeyd edək ki, Yavər Camalovun  44 yaşlı oğlu Rövşən Camalov ötən ilin sentyabrında Türkiyədəki özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Allah rəhmət eləsin...

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal