Tanınmış klarnet ifaçısı, Zahid Əliyev (Zahid Sabirabadlı) dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bununla bağlı müğənni Elvin Hümbətov sosial şəbəkədə məlumat verib.
“Çox üzüldüm. Gözəl sənətkarımız, xalqın sevimlisi Zahid yatıb ayılmayıb, dünyasını dəyişib. Allah rəhmət eləsin”, - E.Hümbətov yazıb.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Z.Sabirabadlı tanınmış musiqiçi, klarnet ifaçısı olub.