Modern.az

Komitənin Aparat rəhbəri koronavirusdan öldü

Komitənin Aparat rəhbəri koronavirusdan öldü

13 Sentyabr 2021, 11:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

 

Bu barədə Modern.az-a Komitədən məlumat verilib. Qeyd edilib ki, Alim Süleymanov koronavirus səbəbindən vəfat edib.

 

Qeyd edək ki, A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.

 

A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu