Modern.az

Tarixçi alim Aydın Balayev vəfat etdi

Tarixçi alim Aydın Balayev vəfat etdi

8 Dekabr 2021, 07:45

Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub. Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və Rəsulzadə irsinin araşdırmaçısı idi.


Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi