Milli Qəhrəman İsgəndər Aznaurovun anası bu gün vəfat edib
Modern.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Məlumata əsasən, Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Aznaurova bu gün 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İ. Aznaurov ahısxa türküdür. O, Özbəkistanın Buxara vilayətində anadan olub. Birinci Qarabağ Müharibəsində könüllü iştirak edib, 1993-cü ilin 18 apreldə Gədəbəydə gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.