Modern.az

Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi

Allah rəhmət eləsi̇n

12 May 2022, 20:59

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat verib.

 

90 yaşlı Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib.

 

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi