Əməkdar həkim, tanınmış cərrah Nazim Cümşüd oğlu Allahverdiyev dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, Nazim Allahverdiyev Birinci Qarabağ müharibəsi dövründə ön cəbhədə ağır əməliyyatlar keçirərək bir çox insanların həyatını xilas edib.