Modern.az

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Allah rəhmət eləsi̇n

13 İyun 2022, 23:23

Lerik rayonunda Vətən Müharibəsi şəhidi Ağacəfərli Ağamidin atası vəfat edib.

 

Modern.az xəbər verir ki, Şəhid Ağamid Ağacəfərlinin atası Şirzad Məmmədcəfər oğlu Adagözəlov iyunun 13-də haqq dünyasına qovuşub. Mərhum Şirzad Adgözəlov ömrünü gənc nəslin tərbiyyəsinə həsr etmiş müəllim və tanınmış ziyalı olub.

 

Qeyd edək ki, Ağamid Şirzaid oğlu Ağacəfərli 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb, xeyli sayda canlı qüvvəsini məhv edərək düşmənə sarsıdıcı zərbələr endirib. O, Vətənin azadlığı uğrunda Füzuli döyüşlərində canından keçərək 2020-ci ilin 24 oktyabrında qəhrəmancasına şəhid olub.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Şəhid Ağamid Ağacəfərli "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə",  "Vətən uğrunda"  və  "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu