Modern.az

Akademiyanın prorektoru vəfat edib

Akademiyanın prorektoru vəfat edib

Allah rəhmət eləsi̇n

6 Avqust 2022, 22:34

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib.

 

Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

 

O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb.

 

Ölkəmizdə dənizçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi