Modern.az

Bəxt üzüyünün Sedası vəfat etdi

“Bəxt üzüyü”nün Sedası vəfat etdi

Allah rəhmət eləsi̇n

16 Avqust 2022, 23:11

Tanınmış estrada müğənnisi və aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.

 

Modern.az xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan sənətçi 62 yaşında dünyasını dəyişib.

 

Onun infarktdan - ürək tutmasından vəfat etdiyi bildirilir.

 

Qeyd edək ki, Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. 1980-ci illərin sonunda Azərbaycanda müasir estradanın yaradıcılarından birinə çevrilib.

 

Rafiq Babayev, Eldar Mansurov və Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib.

 

Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan sənətçiyə ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu qazandırıb.

 

Aktrisa 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. O, Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub.

 

Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza