Modern.az

Prezidentin keçmiş mətbuat katibi VƏFAT EDİB

Prezidentin keçmiş mətbuat katibi VƏFAT EDİB

29 Oktyabr 2022, 08:58

Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Əməkdar jurnalist Səlahəddin Quliyev vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri mərhumun tələbə yoldaşı, İctimai Birlik sədri Vüqar Tofiqli bildirib.

"Dəyərli tələbə yoldaşım Səlahəddin Quliyev uzun sürən xəstəlikdən sonra vəfat edib...
Mənim də xatirəmdə gözəl insan kimi qalan Səlahəddin Quliyevlə son dəfə pandemiyadan əvvəl bir tədbirdə rastlaşmışdıq. Dünyanın faniliyini rahatlıqla qəbullanmış, hər kəslə sadə və səmimi münasibəti, Azərbaycanın müstəqilliyindən-inkişafından ürəkdolusu söhbəti ilə yadda qalan Səlahəddin müəllimin doğmalarına səbr diləyirəm".

Mərhum Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, S.Quliyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfərdən biridir.

Səlahəddin Məlik oğlu Quliyev 26 mart 2004-cü il tarixində Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsindən azad edilmişdi.

Dünən mərhumun 40 mərasimi keçirilib.

Allah rəhmət eləsin.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir