Modern.az

Fazil Məmmədov sabah dəfn ediləcək

Fazil Məmmədov sabah dəfn ediləcək

4 Noyabr 2022, 12:46

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Report-a onun ailəsindən məlumat verilib.

 

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

 

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü