Modern.az

Direktor müavini oğlunun qəbri üstündə vəfat etdi

Direktor müavini oğlunun qəbri üstündə vəfat etdi

24 Noyabr 2022, 13:36

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov 70 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

 

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov 70 yaşında haqqın dərgahına qovuşub. Ənvər müəllim müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

 

Pedaqoji Universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları adından mərhum pedaqoqumuza Allahdan rəhmət diləyir, yaxınlarına səbr arzulayırıq", - məlumatda bildirilib.

 

Yaxınlarının bildirdiyinə görə, Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

 

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.

 

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir